BAEA Rusiya reaktorlarının alınmasında Ukraynaya texniki dəstək verəcək
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Belene Atom Elektrik Stansiyası layihəsi üçün Bolqarıstandan iki reaktor və Rusiya istehsalı olan digər avadanlıq almaq istəyən Ukraynaya texniki yardım göstərəcək.
“Report” xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra təşkilatın saytında dərc olunmuş press-relizdə bildirilib.
Kiyevə səfəri zamanı Qrossi və Zelenski MAQATE-nin Ukraynaya “Xmelnitski” AES üçün təxirə salınmış “Belene” AES layihəsi ilə bağlı avadanlığın satın alınmasını həyata keçirmək üçün nüvə təhlükəsizliyi məsələləri üzrə texniki dəstək və məsləhətlər verəcəyini müzakirə ediblər.
Qeyd olunub ki, bu, Ukraynaya beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq planlarını davam etdirməyə kömək edəcək.
Oxşar xəbərlər
Rafael Qrossi: Kursk AES-də nüvə insidenti baş verə bilər
BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib
Rafael Qrossi gələn həftə Kiyevə gedəcək
Blinken və Sallivan Zelenski ilə Ukraynanın bərpasını müzakirə edib
Rafael Qrossi Kursk AES-ə baxış keçirmək üçün Kurçatov şəhərinə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













