Misir Prezidenti: Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq
sizinxeber.az xəbər saytı

Misir Prezidenti: Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq


Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq.

“Report” xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Misir Türkiyə ilə koordinasiyalı davranmalıdır: "Bu, xüsusilə humanitar böhranların aradan qalxmasında özünü göstərməlidir. Koordinasiyalı davranış həm də Yaxın Şərq regionunda özünü göstərməlidir”.

Misir lideri söyləyib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinin göstəricisidir: “Biz bu gün həm də Suriyadakı durum barədə danışdıq. Suriya xalqına mənfi təsir edən böhran sona çatmalıdır”.

Oxşar xəbərlər

Misir prezidenti ilk dəfə Türkiyəyə gedəcək, Ərdoğanla görüşəcək
Misir Prezidenti Türkiyədə səfərdədir
Misir Prezidenti Türkiyədə Ərdoğanla görüşüb - YENİLƏNİB
Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir
Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər