Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb - YENİLƏNİB-2


Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb.

“Sizinxeber.az” xəbər verir ki, sənədlər müxtəlif sahələri əhatə edir.

Həmçinin Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.

Müqavilələr Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

15:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, görüş Prezident İqamətgahında baş tutub.

Görüşün təfərrüatları hələ ki məlum deyil.

14:25

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sentyabrın Ankaraya rəsmi səfəri başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Onu hava limanında Ərdoğan qarşılayıb.

İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səylərinin müzakirə olunacağı, həmçinin Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib.

Eyni zamanda bir sıra sazişlərin imzalanacağı gözlənilir.

Oxşar xəbərlər

Misir Prezidenti Türkiyədə səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir Prezidenti Türkiyədə Ərdoğanla görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir prezidenti ilk dəfə Türkiyəyə gedəcək, Ərdoğanla görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankarada Türkiyə və İran prezidentlərinin görüşü başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir Prezidenti fələstinlilərin hər hansı formada köçürülməsini rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər