Daşkənddə terrorizmlə mübarizə üzrə MDB və ŞƏT-in konfransı keçiriləcək
Özbəkistanın paytaxtı Daşkənd şəhərind keçiriləcək genişmiqyaslı tədbirdə Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri müasir reallıqda terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparacaqlar.
“Report” xəbər verir ki, bu barədə “TASS”a MDB Antiterror Mərkəzinin (ATM) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Özbəkistanın paytaxtında ilk dəfə olaraq MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə konfransı və ŞƏT-in Regional Antiterror Strukturunun (RATS) elmi-praktik konfransı birgə keçiriləcək.
Onların iştirakçıları MDB üzvü olan 20 dövlətin və ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli orqanlarının, o cümlədən MDB orqanlarının 9 işçi strukturunun və ŞƏT orqanının 2 orqanının nümayəndələri olacaqlar. Bundan əlavə, tədbirlərdə 6 beynəlxalq təşkilatın 10 səlahiyyətli orqanının, həmçinin MDB və ŞƏT ölkələrinin 22 elmi və təhsil təşkilatının nümayəndələri iştirak edəcək.
Vurğulanıb ki, terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində milli təcrübə mübadiləsi aparılacaq. İştirakçılar terrorizmə qarşı beynəlxalq əməkdaşlıq məsələlərini, həmçinin antiterror fəaliyyətinə elmi və maarifləndirici dəstəyin təkmilləşdirilməsi tədbirlərini müzakirə edəcəklər.
Konfrans sentyabrın 4 və 5-də baş tutacaq. İkinci gün, həmçinin MDB-yə üzv dövlətlərin səlahiyyətli orqanlarının “Şərq-Antiterror – 2024” birgə antiterror təliminin yekunu, ikinci və üçüncü mərhələləri baş tutacaq.
Xüsusi təyinatlı qüvvələrin tətbiqi ilə belə təlimlərin yekun mərhələsi ilk dəfə Özbəkistan ərazisində baş tutacaq.
Oxşar xəbərlər
Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi Azərbaycanda səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin sayları məlum oldu - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











