Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi Azərbaycanda səfərdədir
Azərbaycan Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Roel Dona və İcraçı direktoru Yanne Holst Hübner Azərbaycana işgüzar səfərə gəlib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kamran Əliyev prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumatlandırıb.
Görüş zamanə 2024-cü ilin sentyabr ayında Azərbaycanın ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.
Kamran Əliyev, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə məlumat verərək, BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Azərbaycana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
