Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib
Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə büro məlumat yayıb.
Məlumatda "Avropa Gürcüstanı", "Agmashenebeli Strategy", "Vahid Milli Hərəkat", "Qirçi - daha çox azadlıq", "Güclü Gürcüstan" ("Gürcüstan üçün Lelo", "Xalq Naminə", "Azadlıq Meydanı" və "Vətəndaşlar" partiyalarının birliyi), "Droa" "Axali" partiyalarının adı çəkilib.
"Onların seçki kampaniyaları və fəaliyyəti xarici donor təşkilatları və ya bu siyasi partiyalarla əlaqəli QHT-lərə pul ödəyən digər mənbələr tərəfindən maliyyələşdirilə bilər", - məlumatda deyilir.
Qeyd edək ki, bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Bürosu bütün seçki subyektlərindən cari ilin 8 ayı üzrə maliyyə vəziyyətini göstərən sənədləri təqdim etməyi tələb edib.
Oxşar xəbərlər
Gürcüstanda parlament seçkilərində koalisiya və bloklar iştirak edə bilməyəcək
Sorğu: Gürcüstan əhalisinin yarıdan çoxu parlament seçkilərində hakim partiyaya səs verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
