Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Avqustun 16-17-də Rusiyanın Həştərxan şəhərində keçiriləcək Xəzər Media Forumunda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri, həmçinin Özbəkistan və Moldovadan ekspertlər iştirak edəcəklər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə TASS-a Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov bildirib.
“Bu il Xəzər Media Forumunda ənənəvi olaraq bütün Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətləri iştirak edəcəklər. Ənəyə uyğun olaraq forumun tərəfdaş ölkəsi Özbəkistan Respublikası olacaq”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Xəzər Media Forumuna ümumilikdə 120-yə yaxın xarici qonaq qatılacaq. Nümayəndə heyətlərinin tərkibində həm dövlət orqanlarının nümayəndələri, həm də Xəzəryanı ölkələrin KİV rəhbərləri təmsil olunacaq.
Daha əvvəl verilən məlumata görə, bu il Xəzər Media Forumu doqquzuncu dəfə keçiriləcək. "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusunda keçiriləcək tədbir çərçivəsində Xəzəryanı ölkələr arasında informasiya mübadiləsi üçün yeni media platformasının təqdimatı planlaşdırılır. Bundan əlavə, forumda “Sərhədsiz Xəzər” beynəlxalq jurnalist müsabiqəsinə yekun vurulacaq.
Oxşar xəbərlər
Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
