Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq
Xəzər regionunun birləşdirici rolu onun iqtisadi, nəqliyyat və geostrateji potensialı nəzərə alınmaqla artacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiyanın Türkmənistandakı müvəqqəti işlər vəkili Pyotr Şukin “Xəzər dənizi - sülh və dostluq dənizi” adlı elmi-praktik konfransda çıxışı zamanı bildirib.
“Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən birləşdirici həlqə kimi rolu daha da artacaq”, - o deyib.
Şukin əlavə edib ki, hazırda Xəzər regionunun bütün ölkələrindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artır.
Diplomat, həmçinin bütün Xəzəryanı dövlətləri, o cümlədən Rusiyanın Xəzər Şurasının yaradılması ideyasının həyata keçirilməsində fəal əməkdaşlığa çağırıb.
Qeyd edək ki, Beynəlxalq Xəzər dənizi gününə həsr olunmuş “Xəzər dənizi – sülh və dostluq dənizi” elmi-praktik konfransı Türkmənbaşı şəhərində (Türkmənistan) keçirilib.
Oxşar xəbərlər
Rusiya səfirliyi: Xəzər regionunun strateji rolu artmaqda davam edəcək
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
Qırğızıstan və Azərbaycan Xəzər dənizi vasitəsilə Çin yüklərinin daşınmasını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
