Rusiya səfirliyi: Xəzər regionunun strateji rolu artmaqda davam edəcək
Xəzər regionunun geostrateji, siyasi, nəqliyyat və iqtisadi potensialı nəzərə alınmaqla, onun Avrasiyanın mərkəzində ən vacib əlaqələndirici həlqə kimi rolu bundan sonra da artacaq.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin avqustun 12-də qeyd olunan Beynəlxalq Xəzər Gününə həsr olunmuş paylaşımında deyilir.
“Xəzər regionunun bütün ölkələrindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti də artmaqdadır. Regionda ticari-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə beştərəfli əməkdaşlıq yüksələn xətlə inkişaf edir”, - paylaşımda bildirilib.
Rusiya səfirliyi Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərin həllinin vacibliyini də vurğulayıb: “Bu iş bioloji müxtəlifliyin qorunması, mövcud resurslardan səmərəli istifadə edilməsi, su hövzəsinin çirklənməsi və dayazlaşmasına qarşı mübarizədə bütün sahilyanı ölkələrin birgə səylərinin artırılması, lazımi araşdırmaların aparılması və qabaqlayıcı tədbirlərin görülməsini tələb edir”.
“Sahilyanı dövlətlər arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılması və dərinləşdirilməsi, müxtəlif çağırışlara və problemlərə ümumi yanaşma əsasında “beşlik” ölkələrinin birliyinin möhkəmləndirilməsi, Xəzərin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsinə töhfə vermək vacibdir”, - qeyd olunub.
Oxşar xəbərlər
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor-okeanoloq: COP29 Xəzərin problemlərinin müzakirəsi üçün mühüm platforma olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Bakı və Abşeronda avtobusla sərnişindaşıma 6,5 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfirliyi ulu öndərin anım günü ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












