Niderland şirkətləri Azərbaycanın su-kanalizasiya sektoru ilə maraqlanırlar
sizinxeber.az xəbər saytı

Niderland şirkətləri Azərbaycanın su-kanalizasiya sektoru ilə maraqlanırlar


Niderland şirkətləri Azərbaycanda su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərə bilərlər.

"Report" xəbər verir ki, bunu Niderlandın "Nijhuis Saur Industries" şirkətinin regional satış meneceri Aleksander Xodakov Bakıda keçirilən Xəzər Su İnnovasiya Forumunda bildirib.

"Biz bu kimi sahələrdə əməkdaşlıq potensialı görürük. Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi, borulardan su axıntıları yaşanır. Niderland şirkətlərinin təklif etdiyi həllərlə bu problemin qarşısını almaq mümkündür. Şirkətlərimiz həm də Azərbaycanda nələrdə öyrənə bilərlər. Abşeron çox fərqli iqlimə malikdir. Lakin bizim üçün burda aqrar sahədə istifadə edilən texnologiyalar maraqlıdır",- deyə o əlavə edib.

Oxşar xəbərlər

Səfir: “Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub”
Səməd Bəşirli: "Azərbaycanda 3 300-dən çox aktiv Pakistan şirkəti var"
Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər