İsmayıl Bəqai: İranın hər yerində çox sayda insan öldürülüb
ABŞ və İsrailin hücumları nəticəsində İranın hər yerində çox sayda insan öldürülüb.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.
"Qırğın sona çatmalıdır, onlar ölkənin hər yerində çox sayda insanı öldürüblər", - Bəqai bildirib.
Onun sözlərinə görə, İran bu hücumlara səbir etməyəcək: "İranın təmkinli olmağını gözləmək qeyri-realdır, bunun üçün İslam Respublikasına hücumlar dayandırılmalıdır".
İ.Bəqai vurğulayıb ki, İran özünü müdafiə edir və bütün ssenarilərə hazırdır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
İran və Omanın XİN rəhbərləri bölgədəki gərginliyi müzakirə ediblər
Makron Pezeşkianla telefon danışığının detallarını açıqlayıb
İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır
İran müharibə başlayandan İsrail və ABŞ-nin 127 dronunu zərərsizləşdirib
ABŞ və İsrailin hücumları nəticəsində İlamda 60 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
