Pezeşkian: İranla Qətər arasında altı milyard dolların verilməsinə dair yaxşı anlaşma əldə olunub
İranın dondurulmuş altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsi istiqamətində Qətərlə “qarşılıqlı faydalı razılaşma” əldə edilib.
“Report” “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər səfərindən Tehrana qayıdarkən bildirib.
Məlumata görə, Cənubi Koreya bankları sərbəstləşdirdikdən sonra həmin maliyyə vəsaiti Qətərdə saxlanılır.
“Bizim Qətər banklarında altı milyard dollar məbləğində vəsaitimiz var. İki ölkənin mərkəzi banklarının başçıları arasında görüşdə, habelə Qətər əmiri ilə danışıqda biz bu məsələ üzrə qarşılıqlı yaxşı anlaşma əldə etdik”, - İran Prezidenti vurğulayıb.
Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə 2023-cü ildə İran və ABŞ arasında İslam Respublikasının altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsinə dair razılıq əldə edilib. Bu maliyyə vəsaiti 2018-ci ildə Cənubi Koreyanın iki bankının ABŞ-nin sanksiyasına məruz qalması nəticəsində dondurulub.
Oxşar xəbərlər
İran Prezidenti Qətər əmiri ilə görüşmək üçün Dohada səfərdədir
İran iqtisadiyyatı iki dəfə kiçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
