Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax rayonunda vətəndaşları qəbul edib.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüşdə Qax və Zaqatala rayonlarından olan sakinlər iştirak ediblər.
Qəbul zamanı "Azərişığ"ın fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
"Azərişıq" ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil edir, onların təklif və tövsiyələri dinləyir. Bu cür tədbirlərin keçirilməsində məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Oxşar xəbərlər
Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib
Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib
Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib
Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul edib
"Azərişıq" sədri Şuşada vətəndaşları qəbul etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
