"Bitcoin"in qiyməti 66 min dolları ötüb
sizinxeber.az xəbər saytı

"Bitcoin"in qiyməti 66 min dolları ötüb


Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə üzrə yüksəliş davam edib.

"APA-Economics" xəbər verir ki, kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,51% artaraq 2,27 trilyon ABŞ dollarına çatıb.

Bazarın lideri olan “Bitcoin”in (BTC) qiyməti 66 216 ABŞ dolları təşkil edib. Kriptovalyuta son 24 saatda 0,97%, son bir həftədə isə 5,44% bahalaşıb.
Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un (ETH) qiyməti 1 788 ABŞ dollarına yüksəlib. Aktiv son 24 saatda 4,05%, son 7 gündə isə 7,11% dəyər qazanıb. BNB-nin qiyməti isə 614,87 ABŞ dolları olub ki, bu da həftəlik ifadədə 2,9% artım deməkdir.

Qızıl əsaslı rəqəmsal aktivlərdən PAX Gold (PAXG) 4 300,30 ABŞ dollarından ticarət olunub. Tokenin qiyməti son 24 saatda 0,37%, son 7 gündə isə 0,5% azalıb. “Tether Gold”un (XAUt) qiyməti isə 4 291,12 ABŞ dolları təşkil edib. Aktiv son sutkada 0,3%, son bir həftədə isə 0,46% ucuzlaşıb.
Ən çox bahalaşan iri kriptovalyutalar arasında Zcash (ZEC) və Monero (XMR) da yer alıb. ZEC-in qiyməti son 24 saatda 8,68%, Monero isə 1,95% artıb.

Qeyd edək ki, bazar iştirakçılarının əhvalını əks etdirən “Fear & Greed” indeksi hazırda 25 bənd səviyyəsindədir ki, bu da investorların hələ də ehtiyatlı mövqe tutduğunu göstərir.
Analitiklərin fikrincə, kriptovalyuta bazarında müşahidə olunan yüksəliş investorların risk iştahasının artması, rəqəmsal aktivlərə kapital axınının davam etməsi və qlobal maliyyə bazarlarında nikbin əhval-ruhiyyənin güclənməsi ilə əlaqədardır.

Oxşar xəbərlər

“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb
“Bitcoin”in qiyməti 76 min dollara yaxınlaşır
"Bitcoin" 61 min dollara qədər ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər