Polşada keçiriləcək təlimlərdə 34 minə yaxın NATO hərbçisi iştirak edəcək
Sentyabrda Polşada keçirilməsi planlaşdırılan təlimlərdə 34 minə yaxın NATO hərbçisi iştirak edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
“Iron Defender” (“Dəmir müdafiəçi”) kod adlı təlimlər kompleksi Polşa Silahlı Qüvvələrinin 2025-ci ildə planlaşdırılan ən böyük və mühüm təlim təşəbbüslərindən biridir. Təlimlərdə 34 minə yaxın NATO hərbçisi iştirak edəcək. Təlimlər müxtəlif istiqamətlərdə: quruda, dənizdə, havada və kiberməkanda keçiriləcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, təlimlərin əsas məqsədi Polşa Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır. Bundan başqa, təlimlər zamanı regional planlar çərçivəsində əməliyyat-taktiki qərarların təkmilləşdirilməsinə, milli çəkindirmə və müdafiə proqramı (“Şərq qalxanı”) ilə taktiki inteqrasiyaya xüsusi diqqət yetiriləcək.
Həmçinin təlimlər çərçivəsində Polşanın 1-ci zirehli diviziyası ilə ABŞ Silahlı Qüvvələrinin 5-ci korpusu arasında komanda-qərargah təlimləri keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış qarşıdan gələn təlimlərin Rusiya və Belarus Silahlı Qüvvələrinin bu il keçiriləcək “Zapad-2025” təlimlərinə cavab olacağını söyləmişdi.
Oxşar xəbərlər
Estoniyada NATO ölkələrinin iştirakı ilə təlimlər keçiriləcək
Estoniyada “Siil 2025” adlı ən böyük hərbi təlim başlayır
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Polşa son illərin ən böyük hərbi təlimlərinə hazırlaşır
Norveçdə NATO-nun “Swift Response” təlimləri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
-
Azərbaycana Avropadan turist axını 15 % artıb
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
