Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur
sizinxeber.az xəbər saytı

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur


Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının ölkəyə girişinə mane olması barədə qərar qəbul etməsi haqqında heç bir məlumatı yoxdur.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

"Ən azından, hazırkı məqamda bizdə belə bir rəsmi məlumat yoxdur", - o deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) danışan Paşinyan bir daha vurğulayıb ki, Ermənistan bu struktur çərçivəsində fəaliyyətini aktivləşdirmək üçün addımlar atmaq niyyətində deyil.

"Biz de-yure və yekun olaraq KTMT-dən çıxacağıq, yoxsa yox - bu, başqa məsələdir, deyə bilmərəm, vəziyyətdən asılı olaraq hərəkət edəcəyik", - o əlavə edib.

Oxşar xəbərlər

Paşinyan Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağına aydınlıq gətirdi
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır
Paşinyan: Ermənistanın KTMT-dən çıxması ehtimalı təşkilatda iştirakının bərpasından daha yüksəkdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər