ABŞ Prezidenti: Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
18:30
0
0
1 053
ff aaaaaaa

ABŞ Prezidenti: Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik

26 may, 2026
18:30
1 053

ABŞ Prezidenti: Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik

ABŞ Prezidenti Donald Tramp Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bəyan edib.

"Sizinxeber.az"un məlumatına görə, ABŞ Prezidenti Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri münasibətləri yenidən canlandırmaq üçün birlikdə səylər göstərilib, iş aparılıb və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb:

"Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul