Yaponiyada güclü yağışlar ən yüksək səviyyəli təxliyəyə səbəb olub
sizinxeber.az xəbər saytı

Yaponiyada güclü yağışlar ən yüksək səviyyəli təxliyəyə səbəb olub


Yaponiyanın cənubunda yerləşən Kirisima şəhərində leysan yağışları səbəbindən 122,4 min insanın təhlükəsizliyinin dərhal təmin edilməsi üçün ən yüksək (beşinci) səviyyəli təxliyə elan edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, bu gün səhər saatlarında bir ev uçub. İki qadın xilas edilərək xəstəxanaya çatdırılıb.

Kaqosima prefekturasının Kirisima şəhərində leysan yağışları nəticəsində iki nəfər xəsarət alıb. Bir çox bölgələrdə çaylarda suyun səviyyəsi daşqın təhlükəsi yaradır.

Bundan əlavə, Kaqosima prefekturasının binasında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə qərargahın iclası keçirilib. Polis bir neçə evin uçması barədə məlumat aldığını bildirib. Hazırda xilas ola bilməyən insanların olub-olmadığını müəyyən etmək üçün xilasetmə əməliyyatı aparılır.

Oxşar xəbərlər

Hindistanın cənubunda leysan yağışları nəticəsində azı 12 nəfər ölüb
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb - YENİLƏNİB - 5
Pekində güclü yağışlar səbəbindən yüksək xəbərdarlıq səviyyəsi elan edilib
Şərqi və Mərkəzi Avropada leysan yağışları və daşqınlar 6 nəfərin həyatına son qoyub
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər