Paşinyan Samvel Karapetyanı Ermənistana qarşı casusluqda ittiham edib
sizinxeber.az xəbər saytı

Paşinyan Samvel Karapetyanı Ermənistana qarşı casusluqda ittiham edib


Ermənistan Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" blokunun lideri, biznesmen Samvel Karapetyanı casusluq fəaliyyətində və ölkənin dövlət maraqlarına zidd hərəkətlərdə ittiham edib.

"Report" xəbər verir ki, Paşinyan müvafiq bəyanatı "Facebook" səhifəsində yayımladığı videoçarxda verib.

"Kaluqa oliqarxı ("Güclü Ermənistan" partiyasının rəhbəri Samvel Karapetyanı nəzərdə tutur – red.) yalnız çirkli pulların yuyulmasına və məktəblərdən, uşaq bağçalarından və hərbi hissələrdən elektrik enerjisinin oğurlanmasına görə deyil, həm də Ermənistanın dövlət maraqlarına zidd hərəkətlərinə görə mühakimə olunmalıdır. Bu casusluq fəaliyyəti işə yaramayacaq və indi qoy Kaluqa oliqarxı ona hazırlaşsın ki, daha on il Ermənistanı tərk edə bilməyəcək. O, casus kimi, elektrik enerjisi oğrusu kimi və pul yuyucu kimi həbsxanada oturmalıdır", - Paşinyan deyib.

Oxşar xəbərlər

Paşinyan Karapetyanı məhkəməyə verib - "ona bir ton hallüsinogen göbələk yedirəcəyəm"
Paşinyan Karapetyanı məhkəməyə verdi
Məhkəmə Paşinyanın Karapetyana qarşı iddiasını icraata qəbul edib
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi layihəsi hazırdır
Paşinyan "Elseti"in bütün əməkdaşlarını işdən çıxarmaqla hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər