Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir
Moskva Rusiya vətəndaşı Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını "tamamilə qeyri-dost addım" kimi qiymətləndirir.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, Rusiya həmçinin Ermənistan hakimiyyətindən bu məsələ ilə bağlı izahat tələb edir.
"Bu, ikitərəfli münasibətlərin müttəfiqlik statusuna ziddir. Biz dərhal ikitərəfli diplomatik kanallar vasitəsilə İrəvana müraciət edərək izahat istədik. Biz əvvəllər də erməni tərəfdaşlarımızı hansısa səbəblərdən Ermənistan hakimiyyətini qane etməyən Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübəyə son qoymağa çağırmışıq", - deyə M.Zaxarova bildirib.
Diplomatın sözlərinə görə, ölkə hokumətinin daim demokratiya və fikir plüralizminə sadiq olduğunu bəyan etməsini nəzərə alsaq, İrəvanın bu cür münasibəti qəribədir.
Oxşar xəbərlər
Zaxarova rusiyalı politoloqun Ermənistana girişinə qadağa qoyulmasına münasibət bildirib
Rəsmi Moskva politoloq Andranik Miqranyanın Ermənistana girişinin qadağan edilməsini qeyri-dost addım adlandırıb
İrəvan Putinin ölkəyə girişinə qadağa qoydu - Zatulin
Zaxarova: Rusiya XİN Buça səfərindən sonra Ermənistan XİN-ə etiraz notası göndərib
Zaxarovadan Ermənistan XİN-ə şillə kimi cavab
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













