Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
"Bir millət, iki dövlət" anlayışı ilə bütün sahələrdə qardaşlığımızı gücləndirməyə davam edəcəyik.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım "X"dəki səhifəsində yazıb.
O, qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) iştirak etmək üçün Bakıda olarkən həmkarları ilə birlikdə Milli Məclisdə mühüm görüşlər keçirib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu, TBMM-in üzvləri Hulusi Şentürk, Mervan Gül, Hüseyin Yıldız, Cem Avşar Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və komitə üzvləri ilə görüşüblər.
"Türkiyə ilə Azərbaycan qardaşlığını, parlamentlərarası əməkdaşlığımızı və şəhərsalma, regional inkişaf, iqtisadiyyat və sahibkarlıq sahələrində birgə iş imkanlarını müzakirə etdik. "Bir millət, iki dövlət" anlayışı ilə bütün sahələrdə qardaşlığımızı gücləndirməyə davam edəcəyik", - Ş. Ayrım bildirib.
Oxşar xəbərlər
Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə bütün sahələrdə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
Türkiyənin bir qrup millət vəkili Bakıda iftar süfrəsinə qatılacaq
Ərdoğan TBMM-in sədrini qəbul edib
Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
