Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır
Azərbaycan və Türkiyənin ortaq ordusunun formalaşdırılması davamlı prosesdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini dəstəkləyir:
"Onun dediyi kimi, artıq bir millət iki dövlət yox, bir millət üç dövlətik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda tək ordu istiqamətində proses davam edir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdırlar. Bunun üçün birlikdə hərbi təlimlər şərtdir. Silahların, təchizatlar uyğunlaşdırılmalıdır. Proses uğurla davam edir".
MƏLUMAT YENİLƏNİR...
Oxşar xəbərlər
Hulusi Akar: Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir
Hulusi Akar: "Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək"
Türkiyənin keçmiş müdafiə naziri Bakıda TÜRKPA-nın komitə iclasında iştirak edəcək
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











