Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb


Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Sizinxeber.az" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu məlumatı Gürcüstan XİN yayıb.

Nazirliyin məlumatına görə, səfir Gerçinski Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti nəzdində təşkil edilmiş Gürcüstan mövzusundakı tədbirdə səsləndirdiyi bəyanatla əlaqədar Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşə çağırılıb.

"Brüsselin bu cür hərəkətləri və Gürcüstan barəsində verilən bəyanatlar tərəfdaşlar arasında etimadı sarsıdır, Gürcüstan-Avropa münasibətlərinə ziyan vurur və onlara qarşı yönəlib", - Boçorişvili deyib.

Nazir həmçinin Gürcüstan hökumətinin konstruktiv dialoqa müntəzəm şəkildə hazır olduğunu qeyd edib və Aİ tərəfindən ölkəyə qarşı ədalətli və hörmətli münasibət gözlədiyini ifadə edib.

Oxşar xəbərlər

Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb
Gürcüstanın müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırılıb
Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib
Maka Boçorişvili: Gürcüstanın Avropaya inteqrasiya kursu tarixi seçimdir
Gürcüstanın XİN başçısı: Müxalifət Brüsselə təlimatlanmağa çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər