Gürcüstanın XİN başçısı: Müxalifət Brüsselə təlimatlanmağa çağırılıb
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili müxalifətin son zamanlar artan siyasi fəallığına münasibət bildirib.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, nazir müxalifət nümayəndələrinin Brüsselə səfərini Gürcüstan əleyhinə koordinasiyalı fəaliyyətin bir hissəsi kimi dəyərləndirib.
M.Boçorişvili onların oraya “yeni təlimatlar almaq” üçün çağırıldıqlarını iddia edib.
“Bu, daha çox Brüsseldə bürokratlardan yeni göstərişlər almağa bənzəyir – necə davranmalı, hansı addımları atmalı olduqları barədə. Müxalifət və bəzi siyasi fəallar arasında koordinasiyalı fəaliyyət müşahidə edirik. Yəqin ki, yeni təlimatlar alacaq və həmin əsasda gələcəkdə müxtəlif aksiyalar planlaşdıracaqlar”, - deyə XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, Gürcüstan hakimiyyəti bütün bu fəaliyyətlərə qarşı cavabını iş və real fəaliyyətlə verir:
“Biz ölkədə sabit inkişaf imkanlarının təmin olunması istiqamətində çalışırıq. Müxalifətin təxribatlarına cavabımız konkret və ardıcıl fəaliyyətdir”.
Oxşar xəbərlər
Maka Boçorişvili: Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur
Gürcüstanın XİN başçısı: ABŞ hələ ölkəmizlə bağlı mövqeyini formalaşdırmayıb
Gürcüstanın XİN başçısı: İndi Azərbaycanla əməkdaşlıq potensialı daha çoxdur
Gürcüstanın XİN başçısı yanvarın 16-da Azərbaycana gələcək
Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasında davamlı sülhə töhfə verməyə hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













