Samarada dron hücumu nəticəsində yaşayış binası çöküb
sizinxeber.az xəbər saytı

Samarada dron hücumu nəticəsində yaşayış binası çöküb


Rusiyanın Samara vilayətinin Sızran şəhərində çoxmənzilli yaşayış binasının blokunun qismən çökməsi baş verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Samara vilayətinin Sızran şəhərində yaşayış binasının blokunun qismən dağıldığı yerdə axtarış-xilasetmə işləri aparılır. Dağıntılar altından biri uşaq olmaqla, dörd nəfər çıxarılıb", - qurumun məlumatında bildirilib.

Dağıntılar altında daha iki nəfərin, o cümlədən bir uşağın olduğu ehtimal edilir.

Vilayətin qubernatoru Vyaçeslav Fedorişev çökmənin PUA hücumu səbəbindən baş verdiyini bildirib.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə bölmələri çalışır.

Oxşar xəbərlər

Türkiyədə çökən binanın dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB-2
Türkiyədə yaşayış binasının uçması ilə əlaqədar 4 nəfər saxlanılıb
Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB
Saratovda partlayış nəticəsində ölənlərin sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər