Türkiyədə yaşayış binasının uçması ilə əlaqədar 4 nəfər saxlanılıb
Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” Konya prokurorluğuna istinadən məlumat yayıb.
"Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında təqsirli bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ətraflı araşdırmalar davam edir", - bəyanatda bildirilib.
Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Türkiyədə bina uçub, dağıntılar altında qalanlar var
Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib - YENİLƏNİB
Konyada 3 mərtəbəli bina çöküb, 5 nəfər dağıntılar altında qalıb - ÇÖKMƏ ANI
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb, 11 şübhəli saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
