Rusiyanın cənubunda bir ay ərzində 130-dan çox ölü delfin tapılıb
sizinxeber.az xəbər saytı

Rusiyanın cənubunda bir ay ərzində 130-dan çox ölü delfin tapılıb


Rusiyanın Krasnodar diyarında, Qara dəniz sahilində təxminən bir ay ərzində 130-dan çox ölü delfin aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə "RBK"ya "Delfa" Delfinlərin Xilası üzrə Elmi Ekoloji Mərkəzinin rəhbəri Tatyana Beley məlumat verib.

Onun sözlərinə görə, kütləvi ölüm kambala balığının intensiv ovlanması dövrü və dəniz suyunun çirklənməsinin artması ilə üst-üstə düşüb.

"Martın əvvəlindən aprelin 10-dək Tamandan Siriusa qədər olan sahil xəttində tərəfimizdən 132 ölü fərd qeydə alınıb: 50 hadisə mart ayının, daha 82-si isə aprelin ilk ongünlüyünün payına düşüb", - Beley qeyd edib.

Mütəxəssis bildirib ki, belə vəziyyət bir sıra səbəblərlə bağlıdır. Birincisi, bu dövrdə kambala balığının aktiv ovu həyata keçirilir, torlar isə delfinlər üçün çox təhlükəlidir. Bundan əlavə, yuxarıda qeyd olunan vaxtda dəniz hava şəraiti nəticəsində yaranan müxtəlif çirkab sularla daha çox çirklənir.

Oxşar xəbərlər

Kerç boğazında mazut sızıntısından sonra 80-dən çox ölü delfin tapılıb
Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb
Aprelin sonuna doğru hava şəraiti dəyişəcək, yağış yağacaq
Bu ay ən çox yağıntı Abşeron yarımadasına düşüb
Heyətində 14 nəfər olan balıqçı trauleri Cənubi Koreya sahilində batıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər