Qırğızıstanda uşaq qidası ilə bağlı reklamın qadağasın edilməsi təklif olunur
Qırğızıstan parlamenti uşaqlar üçün süni qidalarla bağlı reklam qaydalarının sərtləşdirilməsi haqqında qanun layihəsini ictimai müzakirəyə çıxarıb.
Bu barədə "Report" Qırğızıstan mediasına istinadən xəbər verir.
"Joqorku Keneş (parlament) "Reklam haqqında" qanuna dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Sənədin təşəbbüskarı qismində deputat Toktobubu Aşımbayeva çıxış edib. Qanun layihəsinin məqsədi səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və uşaqlar üçün süni qidaların reklamının tənzimlənməsinin sərtləşdirilməsidir", - məlumatda bildirilib.
Əsaslandırmaya görə, təşəbbüs azyaşlı uşaqlar arasında qidalanma problemlərinin artması ilə əlaqədardır: Qırğızıstanda qida çatışmazlığı, boy artımında geriləmə və uzunmüddətli perspektivdə sağlamlığa təsir edən digər pozuntu halları qeydə alınır. Səbəblərdən biri kimi ana südü əvəzedicilərinin fəal şəkildə təşviqi göstərilir ki, bu da uşaqların ana südü ilə qidalandırılması təcrübəsini sarsıdır.
T.Aşımbayeva qeyd edib ki, bu cür tədbirlər ana südü ilə qidalandırmadan imtinanın qarşısını almağa yönəlib.
Oxşar xəbərlər
"Media haqqında" və "Reklam haqqında" qanunlara dəyişiklik edilməsi ilə bağlı ilkin variant hazırlanıb
Qırğızıstanın parlament komitəsi Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi təsdiqləyib
Macarıstan parlamenti BCM-dən çıxmaqla bağlı qanun layihəsini təsdiqləyib
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Zaqatalada maşın aşıb, ölən var
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
