sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Macarıstan parlamenti BCM-dən çıxmaqla bağlı qanun layihəsini təsdiqləyib
Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması haqqında qanun layihəsini təsdiqləyib.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, qanunvericilik orqanının saytında yayımlanan səsvermə zamanı müvafiq sənədi deputatların üçdə ikisindən çoxu dəstəkləyib.
Sənədi parlamentdə təqdim edən Macarıstan XİN başçısı Peter Siyarto bildirib ki, son illərdə BCM güclü şəkildə siyasiləşdirilib və müxtəlif dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün istifadə olunmağa başlayıb.
"Macarıstan hesab edir ki, siyasət və geosiyasətin beynəlxalq təşkilatlarda yeri yoxdur", - nazir deyib.
Oxşar xəbərlər
Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib
Peter Siyarto Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib
Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib
Zelenski Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib
İsrail parlamenti Fələstinin tanınmasını rədd edən qətnaməni təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













