İstanbulda iki bina çöküb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İstanbulda iki bina çöküb - YENİLƏNİB


Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, dağıntılar altında beş nəfərin qaldığı bildirilir.

Məlumata görə, onlardan üçü xilas olunub.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, iki bitişik binanın çökməsinə qaz sızmasından sonrakı partlayış səbəb olub.

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bina çöküb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bir nəfər xilas olunub.

Əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.

Hazırda dağıntılar altında qalanların axtarışı, xilasetməsi ilə bağlı tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

İstanbulda bina çöküb
Türkiyədə bina uçub, dağıntılar altında qalanlar var
Tanzaniyada bina çöküb, 13 nəfər ölüb, 84 nəfər yaralanıb
Türkiyədə mədən çöküb, bir fəhlə dağıntı altında qalıb, üçü xilas olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər