Türkiyədə mədən çöküb, bir fəhlə dağıntı altında qalıb, üçü xilas olub - YENİLƏNİB
Türkiyənin Elazığ əyalətinin Palu rayonunda xrom mədənində uçqun altında qalan fəhlənin xilas olması istiqamətində işlər davam edir.
“Sizinxeber.az” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.
Onun sözlərinə görə, dağıntı altından üç fəhlə öz imkanları ilə xilas olub.
Vali hadisə ilə bağlı araşdırma başlandığını da söyləyib.
Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır.
Məlumata görə, Elazığın Alacakaya rayonunda baş verən olay yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.
Oxşar xəbərlər
Türkiyədə mədən çöküb, fəhlələr dağıntı altında qalıb
Türkiyədə daş karxanasında uçqun olub, 3 nəfər ölüb - YENİLƏNİB
Türkiyədə daş karxanasında uçqun olub, ölən və yaralananlar var
Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb
Əfqanıstanda 35-dən çox fəhlə mədən uçqunu altında qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













