Türkiyə İranın Fars körfəzi ölkələrinə hücumlarını qınayıb və Qətəri dəstəkləyib
Türkiyə İranın Fars körfəzi ölkələrinə hücumlarını qınayıb və Qətərə dəstəyini ifadə edib.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Dohada birgə mətbuat konfransında açıqlayıb.
"Davam edən müharibə bölgədəki qardaş ölkələrin təhlükəsizliyini təhdid altında saxlayır və sabitliyi pozur",- Hakan Fidan bildirib və martın 18-də Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunan mövzulara toxunub:
"Savaş başlayandan bəri (28 fevral – red.) ilk dəfə bu formatda bir araya gəldik. Ər-Riyaddakı toplantıda İranın hücumlarının dərhal dayandırılması qabardılıb. Belə ki, münaqişə daha geniş əraziyə yayılmadan diplomatik yollarla həll olunmalıdır".
Onun fikrincə, bölgəni böhrana sürükləyən münaqişənin səbəbkarı İsraildir: "ABŞ ilə İran arasında danışıqlar aparılan zaman Təl-Əvivin təhriki ilə başlayan hücumlar regional təhlükəsizliyi riskə atmaqla yanaşı, qlobal təhdidə çevrilib",- Hakan Fidan bildirib.
Oxşar xəbərlər
Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
Kanada XİN: İran Fars körfəzi ölkələri və Türkiyəyə hücumları dayandırmalıdır
Qətər XİN: İranın enerji infrastrukturuna hücumu təxribatdır
Misirin xarici işlər naziri İranın Körfəz ölkələrinə hücumlarını pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
