Qətər XİN: İranın enerji infrastrukturuna hücumu təxribatdır
sizinxeber.az xəbər saytı

Qətər XİN: İranın enerji infrastrukturuna hücumu təxribatdır


Türkiyə və Qətərin xarici işlər nazirliklərinin (XİN) başçıları ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatı və İslam Respublikasının qonşu ölkələrə hücumlarını müzakirə ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Dohada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında açıqlayıb.

"Söhbət zamanı İranın region ölkələrinə zərbələri dayandırması müzakirə olunub",- o deyib və əlavə edib ki, hücumlar qınanıb.

Qətərin enerji infrastrukturunun hədəf alınmasını pisləyən nazir İranın bu addımını təxribat adlandırıb.

Oxşar xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin fəsadları beynəlxalq nizamı poza bilər
İran və Qətərin XİN başçıları regional məsələləri müzakirə ediblər
Hakan Fidan Dohada iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb
Qətərin Baş naziri: “Boeing 747-8” Trampa hədiyyə verilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər