Türkiyə PA: İsrailin Məscidül-Əqsada ibadətə mane olması qəbuledilməzdir
sizinxeber.az xəbər saytı

Türkiyə PA: İsrailin Məscidül-Əqsada ibadətə mane olması qəbuledilməzdir


Türkiyə İsrailin Məscidül-Əqsada ibadətə mane olma cəhdini qəbuledilməz adlandırıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu, təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hörmətsizlik və beynəlxalq hüququn pozulmasıdır",- o bildirib və əlavə edib ki, İsrailin Livana qarşı başlatdığı quru əməliyyatı isə bölgədəki gərginliyi artırır və Livanın suverenliyi, ərazi bütövlüyünü hədəf alır:

"Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə olaraq, müqəddəs məkanlara, Livanın suverenliyi, ərazi bütövlüyü və regional sabitliyin pozulmasına yönəlmiş hər cür hücumun qarşısında dayanmağa davam edəcəyik".

Oxşar xəbərlər

Türkiyə XİN İsrailin Livana hücumlarını pisləyib
Türkiyə Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək
Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdır
Fəxrəddin Altun: Türkiyə artıq qlobal güclərin arxa bağçası deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər