Fəxrəddin Altun: Türkiyə artıq qlobal güclərin arxa bağçası deyil
sizinxeber.az xəbər saytı

Fəxrəddin Altun: Türkiyə artıq qlobal güclərin arxa bağçası deyil


Türkiyə son zamanlar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə intensiv dezinformasiya kampaniyalarına qarşı mübarizə aparır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X”də yazıb.

O bildirib ki, ana müxalifət partiyası daxilindəki çəkişmələr və ictimai rəydə əksini tapan iddialar dəhşət doğurur: “Ramazan ayının mənəvi ab-havasında belə müqəddəs dəyərlərimizə qarşı iyrənc hücumlar, təşkil edilən küfr kampaniyaları, dinimizə, millətimizin müqəddəs dəyərlərinə, Prezidentimizə qarşı son dərəcə nalayiq ifadələr cəmiyyətimizin əmin-amanlığını hədəfə alıb”.

F.Altunun sözlərinə görə, xalq baş verənlərin fərqindədir: “Bu məmləkətin əsl sahibi olan əziz xalqımız bu oyunlardan xəbərdardır. Türkiyə artıq qlobal güclərin arxa bağçası deyil. Türkiyə gücünü milli iradədən alan bir iqtidarın rəhbərliyi ilə yoluna əzmlə davam edir. Siyasi rəqabət prinsiplərlə həyata keçirilir, təhdid və hədə-qorxu yolu ilə deyil. Türkiyə millətin iradəsi və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qətiyyətlidir, güclüdür və yoluna davam edir”.

Oxşar xəbərlər

Fəxrəddin Altun: Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır
Fəxrəddin Altun: BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur
Fəxrəddin Altun: Azərbaycanla birgə mexanizmimiz dezinformasiyaya qarşı gücümüzü birləşdirəcək
Fəxrəddin Altun: Qarabağ Azərbaycan torpağıdır
Fəxrəddin Altun: İqlim böhranı dünyanın bu gününə və gələcəyinə birbaşa təsir edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle