Özbəkistan və Türkmənistan ticarət zonasının açılışına hazırlaşır
Özbəkistan və Türkmənistan "Şavat - Daşoğuz" ticarət zonasının açılışına hazırlığı tamamlayır.
“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla Avazada keçirilən görüşü zamanı məlum olub.
Tərəflər ilin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsinin 700 milyon ABŞ dolları təşkil etdiyini qeyd ediblər. Fevraldan etibarən azad ticarət rejimi qüvvədədir, Daşkənd və Aşqabadda ticarət evləri açılıb. Sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində birgə layihələr həyata keçirilir.
Bundan başqa, Mirziyoyev və Berdiməhəmmədov yüksək səviyyəli yeni görüşlər ərəfəsində hökumətlərarası komissiyaların və İşgüzar Şuranın məhsuldar işinin və mədəni tədbirlərin vacibliyini vurğulayıb.
Tərəflər Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşünün gündəliyi barədə fikir mübadiləsi aparıb, "Azərbaycan - Türkmənistan - Özbəkistan" formatında danışıqların əhəmiyyətini qeyd ediblər.
Oxşar xəbərlər
Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir
Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək
Avazada Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli görüşü olub
Özbəkistan və Macarıstan liderləri iki ölkə arasında strateji tərəfdaşlığı müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
