Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik Qazaxıstandan Özbəkistana keçib.
“Sizinxeber.az” bu barədə Qazaxıstan Prezidenti iqamətgahının (Akorda) mətbuat xidmətinə istinadən xəbər verir.
Astanada keçirilən VI Məşvərət görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.
K.Tokayev çıxışının sonunda Məşvərət görüşünün növbəti sədri postunda Ş.Mirziyoyevə böyük uğurlar arzulayıb.
Prezidentlər həmçinin üç sənəd, o cümlədən VI Məşvərət görüşünün yekunlarına dair Birgə Bəyanat, “Mərkəzi Asiya - 2040” Regional Əməkdaşlığın İnkişafı Konsepsiyası və “Özbəkistan Respublikası Prezidenti Mirziyoyev Şavkat Miromonoviçin Mərkəzi Asiya dövlət başçılarının fəxri nişanı ilə təltif edilməsi haqqında” VI Məşvərət görüşünün qərarını imzalayıblar.
Bundan əlavə, görüşdə Mərkəzi Asiya ölkələrinin liderləri “2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni və “Mərkəzi Asiya dövlətlərinin sənaye əməkdaşlığının inkişafına dair 2025-2027-ci illər üçün Fəaliyyət Planı”nı təsdiq ediblər.
Oxşar xəbərlər
Qazaxıstan Prezidenti: "Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq"
İlham Əliyev Astanada Özbəkistan Prezidentinin təltif olunması mərasimində iştirak edib
İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
