Zelenski: Atəşkəs Putinlə potensial görüşün yaxşı nəticəsi ola bilər
Atəşkəs Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin mümkün görüşünün yaxşı nəticəsi olardı, əks halda, sonrakı danışıqlarda uğur qazanmaq çətindir.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, Zelenski bunu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda səslənən format artıq özü-özlüyündə müəyyən kompromisdir.
"Biz ikitərəfli formata, sonra üçtərəfli formata (Trampla - red.) daxil oluruq. Hesab edirəm ki, ikitərəfli formatda razılaşmalar və bu və ya digər atəşkəs formatı olmadan üçtərəfli format demək olar ki, mümkün deyil. ABŞ artıq müharibənin bitdiyi anda iştirak etməlidir. Ya da müharibənin bitəcəyinə işarə verəcək hansısa bir məqamda. Əks halda uğur olmayacaq", - o bildirib.
Zelenski vurğulayıb ki, Trampla görüş zamanı ərazi məsələsinin Putinlə birbaşa müzakirə olunacaq məsələ olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Zelenski: Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib
ABŞ Prezidenti Ukrayna və Rusiya liderləri ilə üçtərəfli görüşü mümkün hesab edir
Makron: Zelenski ilə Putinin görüş yeri yaxın saatlarda müəyyənləşəcək
Tramp: Putin və Zelenski dil tapa biləcəklər
Zelenski Putin və Trampla görüşdə ərazi məsələlərini müzakirə etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













