Makron: Zelenski ilə Putinin görüş yeri yaxın saatlarda müəyyənləşəcək
sizinxeber.az xəbər saytı

Makron: Zelenski ilə Putinin görüş yeri yaxın saatlarda müəyyənləşəcək


Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin ikitərəfli görüşünün yeri yaxın saatlarda müəyyənləşəcək.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə jurnalistlərə Fransa lideri Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, Avropa liderləri və ABŞ Prezidenti Donald Tramp danışıqlar zamanı atəşkəsdə israrlıdır.

“Bizim ilk görüşümüzdən sonra Prezident Tramp və Prezident Putin arasında telefon danışığı oldu və qərara alındı ki, ilk olaraq yaxın saatlarda təyin olunacaq məkanda Zelenski ilə Putin arasında ikitərəfli əlaqənin yaradılmasına cəhd edilsin, daha sonra Tramp, Zelenski və Putinin iştirakı ilə üçtərəfli görüş keçirilsin”, - Makron bildirib.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp telefon danışığı zamanı danışıqlarda iştirak edən “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin artırılması imkanlarını” müzakirə ediblər.

Oxşar xəbərlər

Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
KİV: Yaxın günlərdə Tramp-Putin-Zelenski görüşü keçirilə bilər
Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb
KİV: ABŞ, Rusiya və Ukrayna sammiti Avropa və ya Yaxın Şərqdə baş tuta bilər
Tramp: Putin və Zelenski dil tapa biləcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər