Türkiyə iyulda rekord həcmdə ixrac həyata keçirib
Türkiyə iyul ayında rekord həcmdə - 25 milyard dollarlıq ixrac həyata keçirib.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat “Türkiyə İxrac Səfərbərliyi Proqramı”nda çıxışı zamanı deyib.
Bolat qeyd edib ki, bu göstərici iyul ayları üzrə tarixdə ən yüksək ixrac rəqəmi olub:
“Son 12 ayda ən yüksək aylıq artım faizi müşahidə olunub. İlk dəfə iyul ayında əlavə olaraq 2,5 milyard dollarlıq ixrac əldə etmişik. Keçən il bu rəqəm 22,5 milyard dollar idi. Beləliklə, illik ixracatımız 266,9 milyard dollardan 269,4 milyard dollara yüksəlib. Bu tempin davam etməsi ən böyük arzumuzdur”.
O həmçinin illik əsasda bu artımın 3,1 faizlik mal ixracı artımını təmsil etdiyini bildirib və əlavə edib:
“Yeddi aylıq göstəricilərə əsasən, ixracda 5,2 faizlik artım var. Bu isə dünya ortalamasından xeyli yüksəkdir”.
Oxşar xəbərlər
Müdafiə naziri: İsrail 2024-cü ildə rekord həcmdə silah ixrac edib
Türkiyə tezliklə Suriyaya iki milyard kubmetr təbii qaz ixrac edəcək
ABŞ-dən Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 10 ayda 23 % azalıb
Cənubi Koreya 2024-cü ildə 9,5 milyard dollarlıq silah ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
