Cənubi Koreya 2024-cü ildə 9,5 milyard dollarlıq silah ixrac edib
Koreya Respublikası 2024-cü ildə 9,5 milyard dollar dəyərində silah ixrac edib ki, bu da 15 milyard dollar səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 1,5 dəfə azdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Koreya Respublikasının Silah Satınalmaları Proqramları İdarəsi 2024-cü il üçün ilkin məlumatları hakim "Vətəndaş gücü" partiyasından olan deputat Yu Yon Vona təqdim edib. Müdafiə məhsullarının ixracı ardıcıl ikinci ildir ki, azalır. 2022-ci ildə Koreya Respublikası rekord həcmdə - 17,3 milyard dollar, 2023-cü ildə isə 13,5 milyard dollar dəyərində silah tədarük edib.
İlkin olaraq idarə bu il silah ixracının 20 milyard dollara çatacağını gözləsə də, ilin ikinci yarısında gözləntilərini azaldıb. Hakimiyyət bunu Polşa ilə 7 milyard dollar dəyərində “K-2” tanklarının növbəti partiyasının tədarükünə dair sazişin ilin sonunadək bağlanmaması ilə əlaqələndirir. Deputat Yu Yon Von Polşa və Səudiyyə Ərəbistanı ilə müqavilələr (1 milyard dollar) sayəsində gələn il ixracın 24 milyard dollara qədər arta biləcəyini proqnozlaşdırır.
2024-cü ildə Cənubi Koreyanın STX ticarət korporasiyası Peruya 60 milyon dollar dəyərində 30 ədəd “K808” təkərli zirehli maşın tədarük edəcəyini bildirib. Dekabrın 23-də “Korea Aerospace Industries” (KAI) şirkətinin İraqa 93,7 milyon dollar dəyərində “KUH-1 Surion” helikopterlərinin tədarükü haqqında müqavilə imzaladığı məlum olub. Sentyabrın 20-də Cənubi Koreya hakimiyyəti İraqa 2,78 milyard dollar dəyərində "Çhonqun-2" zenit-raket komplekslərinin tədarükü barədə məlumat verib. 2024-cü ilin fevralında Səudiyyə Ərəbistanı 3,2 milyard dollar dəyərində 10 ədəd "Çhonqun-2" kompleksi alıb. İyulda Seul və Buxarest 939 milyon dollar dəyərində “K-9” özüyeriyən artilleriya qurğuları və onlar üçün sursatın ixracı barədə razılığa gəlib.
Oxşar xəbərlər
Cənubi Koreya İraqa 2,78 milyard dollarlıq zenit-raket kompleksləri verəcək
Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit götürüb
Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
