"Turan Tovuz"a şok: Konfrans Liqasına buraxılmır...
Premyer Liqada mövsümü bürünc medalla başa vuraraq ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanan "Turan Tovuz" klubu bu imkandan məhrum edilib.
Axar.az Sportinfo.az-a istinadla xəbər verir ki, təxminən 10 gün əvvəl UEFA-dan "Turan Tovuz" klubuna Konfrans Liqasında iştirakına qadağa qoyulması ilə bağlı rəsmi məktub daxil olub.
Klub rəhbərliyi qısa müddətdə məhkəməyə müraciət edərək məsələnin həllinə çalışıb. Hətta kömək üçün hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan AFFA-nın sabiq baş katibi Elxan Məmmədova da müraciət olunub, lakin müsbət nəticə əldə etmək mümkün olmayıb.
Digər məlumata görə, məsələnin kökü 2019-cu ildə baş verən hadisələrə gedib çıxır. Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan hesabatlara əsasən, "Turan Tovuz"un yeddi oyunçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edildiyi üçün onların futbolla bağlı bütün növ fəaliyyətlərinə ömürlük qadağa qoyulub.
"Turan Tovuz" rəhbərliyi bu qərarla hələ də razılaşmaq istəmir. Klub mümkün olan bütün instansiyalara baş vuraraq qadağanı götürməyə ümid edir. Əks halda, 32 ildən sonra avrokuboklarda iştirak hüququ qazanan Tovuz təmsilçisini mövsümü 5-ci sırada tamamlayan "Zirə" kollektivi əvəz edəcək.
Oxşar xəbərlər
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub
"Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib
AFFA "Turan Tovuz"u cərimələyib
Premyer Liqa: "Turan Tovuz" "Qarabağ"a qalib gəlib
"Turan Tovuz” Premyer Liqada ən böyükhesablı qələbə rekordunu təkrarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
