Sizinxeber.az » DÜNYA » Region » Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb

Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb

Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzəryanı ölkələri dənizin dayazlaşması ilə mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb.

“Report”un Baş nazirin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, bu barədə Altay şəhərində keçirilən ilk Beynəlxalq Ekoloji Konfransda bildirib.

"2000-ci illərin əvvəllərindən Xəzər dənizinin səviyyəsinin azalması tendensiyası müşahidə olunur. Bu və digər problemləri öyrənmək üçün Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu yaradılıb. Alimlərin proqnozları ürəkaçan deyil. Bu unikal su hövzəsini qorumaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli və koordinasiyalı fəaliyyəti lazımdır", - Baş nazir vurğulayıb.

Digər prioritetlər arasında o, Aral dənizi ətrafındakı vəziyyəti qeyd edib. Onun sözlərinə görə, Aralı Xilasetmə Beynəlxalq Fonduna rəhbərlik edən Qazaxıstan ekosistemin bərpası üzrə bir sıra layihələr həyata keçirir: Kokaral bəndi möhkəmləndirilir, balıqçılıq sənayesinə dəstək göstərilir və keçmiş dənizin qurumuş dibində yaşıllaşdırma işləri aparılır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !