Əli Əsədov: Azərbaycan və Rusiya Xəzərin dayazlaşması problemi ilə məşğul olacaqlar
sizinxeber.az xəbər saytı

Əli Əsədov: Azərbaycan və Rusiya Xəzərin dayazlaşması problemi ilə məşğul olacaqlar


Bakı və Moskva Xəzər dənizinin dayazlaşması problemi ilə məşğul olacaq komissiya formalaşdırıb. Digər Xəzəryanı dövlətlərin də onun işinə qoşulacağına ümid edirlər.

“Report”un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə danışıqlar zamanı bildirib.

Ə.Əsədov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin avqustda Azərbaycana dövlət səfəri zamanı Xəzər problemləri müzakirə olunub.

"İki ölkənin prezidentlərinin tapşırığı ilə artıq nazir müavinləri səviyyəsində ikitərəfli işçi qrupları formalaşdırılıb. Bu gündəlik çox vacibdir. Düşünürəm ki, digər Xəzəryanı ölkələr də buna qoşula bilər", - Azərbaycanın Baş naziri bildirib.

O qeyd edib ki, komissiyanın qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri aydınlaşdırmaq və dayazlaşmanın azaldılmasına kömək edəcək tədbirlər hazırlamaq vəzifəsi durur.

"Bu, bizim region üçün vacib problemdir. Rusiya üçün də bunun çox vacib olduğuna ümid edirəm. Prezident Vladimir Putin də bu barədə danışıb", - deyə Ə.Əsədov bildirib.

Oxşar xəbərlər

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
Taleh Ziyadov: “Son 5 ildə Xəzərin səviyyəsi 1 metr azalsa da, hazırda sabitdir”
Professor-okeanoloq: COP29 Xəzərin problemlərinin müzakirəsi üçün mühüm platforma olacaq
Xələf Xələfov: Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət üçün maliyyə dəstəyi ayrılmalıdır
Alim-okeanoloq: Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər