Qafarova və Kobaxidze Bakı və Tbilisi arasında strateji tərəfdaşlığı müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığı və birgə regional layihələri müzakirə ediblər.
“Sizinxeber.az” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Onlar iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin bu ilin yanvar ayında keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub.
Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinə dəstək məsələlərini müzakirə ediblər.
Cənubi Qafqaz regionunda sülh və sabitliyin önəmi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan bundan sonra da regionda sülh və inkişafın təmin olunmasına töhfə verməyə hazırdır.
Oxşar xəbərlər
Kobaxidze Sahibə Qafarova ilə regional məsələləri müzakirə edib
Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb, regionda sülh prosesini müzakirə edib
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
Kobaxidze: Gürcüstan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafında maraqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













