
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
Rusiyanın qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası ikinci oxunuşda meşələrin bərpası məqsədilə Baykal ətrafındakı ayrı-ayrı ərazilərdə meşələrin tamamilə qırılmasına icazə verən qanunvericilik aktlarına düzəlişləri təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə "İzvestiya" hökumət mənbələrinə və sənədin mətninə istinadən xəbər verir.
Düzəlişlərə görə, meşə qırılması yalnız "mühit formalaşdırıcı, su qoruyucu, sanitariya-gigiyena və digər faydalı funksiyalarını itirmiş meşə bitkilərinin" məhv edilməsi üçün mümkün olacaq.
Bundan əlavə, düzəlişlər meşə fondunun ayrı-ayrı torpaqlarının digər kateqoriyalara keçirilməsi imkanlarını nəzərdə tutur - məsələn, ərazini təhlükəli geoloji və təbii proseslərdən qorumağa yönəlmiş infrastrukturun tikintisi və ya təmiri üçün, həmçinin yollar, həyati əhəmiyyətli obyektlər və qəbiristanlıqlar üçün.
Yeni normaların 2026-cı ilin martından qüvvəyə minəcəyi gözlənilir.