ATƏT PA Gürcüstan və Ukrayna ilə bağlı Suriyaya çağırış edib
ATƏT Parlament Assambleyası Suriyanı Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin, həmçinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyi"nin tanınması ilə bağlı qərarını geri götürməyə çağırıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun Porto şəhərində keçirilmiş sessiyası çərçivəsində qəbul olunan bəyannamədə qeyd edilib.
Porto bəyannaməsində Gürcüstanın ərazi bütövlüyünə dəstək açıq şəkildə ifadə olunub, ölkənin suverenliyi, ərazi bütövlüyü bir daha dəstəklənib.
Sənəddə bildirilib ki, ATƏT PA 2025-ci il martın 2-də Abxaziyada keçirilmiş və beynəlxalq hüquqa zidd olan “prezident seçkiləri”nin legitim sayılması cəhdlərini qətiyyətlə rədd edir.
Eyni zamanda bəyannamədə Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması, həmin bölgələrə humanitar yardımların maneəsiz çatdırılması, məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması və Cenevrə danışıqlarında konstruktiv iştirakın vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan XİN: Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkiləri tanımırıq
İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib
Gürcüstan XİN: Rusiyanın Suxumi hava limanından istifadə etməsi suverenliyin pozulmasıdır
Gürcüstan XİN rəhbəri BMT-də Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
