Gürcüstan parlamentinin sədri: Radikalların mitinqini Avropa İttifaqı maliyyələşdirib
sizinxeber.az xəbər saytı

Gürcüstan parlamentinin sədri: Radikalların mitinqini Avropa İttifaqı maliyyələşdirib


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə son günlər keçirilən radikal mitinqlərlə bağlı Avropa İttifaqını (Aİ) sərt şəkildə tənqid edib.

"Sizinxeber.az"un Gürcüstan bürosunun məlumatına görə, o, sosial şəbəkədə yaydığı bəyanatında bildirib ki, “hökuməti devirmək” və “hamını cəzalandırmaq” çağırışları ilə yaddaqalan son etiraz aksiyası Aİ tərəfindən maliyyələşdirilib.

“Radikalların dünənki mitinqini, hansı ki açıq şəkildə hökuməti devirmək və hamını cəzalandırmaq çağırışları səsləndirilib, məhz Avropa İttifaqı maliyyələşdirib. Bu məqam xüsusi diqqət tələb edir”, – deyə spiker qeyd edib.

Papuaşvili əlavə edib ki, bu cür addımlar Gürcüstan ictimaiyyətində Aİ ilə ekstremizm arasında assosiasiya yaradır və bu, son dərəcə narahatedicidir.

Parlament sədrinin sözlərinə görə, beynəlxalq tərəfdaşlar, xüsusilə Avropa İttifaqının Tbilisidəki nümayəndəliyi öz fəaliyyətlərinin mümkün nəticələrini nəzərə almalı və bu cür radikal qruplara dəstək verməkdən çəkinməlidir.

Xatırladaq ki, son günlər Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq mitinqlər davam edir. Hökumət bu qanunun “şəffaflığı artırmaq” məqsədi daşıdığını bildirsə də, müxalifət və müəyyən QHT-lər bu təşəbbüsü “Rusiya qanunu” adlandıraraq geri çəkilməsini tələb edirlər.

Oxşar xəbərlər

Papuaşvili Aİ səfirinə: Avropa maliyyəsi zorakılığa yönəlməməlidir
Papuaşvili: Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır
Gürcüstanın parlament sədri Aİ ölkələrinin səfirliklərini zorakılığı təşviq etməməyə çağırıb
Şalva Papuaşvili: Avropa İttifaqı Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır
Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər