Şalva Papuaşvili: Avropa İttifaqı Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır
Avropa İttifaqı ölkələrinin hökumətləri Baltikyanı ölkələrin kaprizlərinə uymamalı, bu mənfi dövrü qıraraq Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır.
“Sizinxeber.az”un Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri həmin ölkənin parlament sədri Şalva Papuaşvili sosial media hesabında paylaşıb.
Spikerin sözlərinə görə, Baltikyanı ölkələrin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmələrinə baxmayaraq, onların bu prinsiplərə real dünyada ciddi yanaşmadığı görünür.
Papuaşvili qeyd edib ki, ölkənin keçmiş prezidenti Salome Zurabişvilinin son günlərdə Baltikyanı ölkələrə səfəri bu dövlətlərin və Avropa bürokratiyasının Gürcüstana problemli münasibətini açıq şəkildə nümayiş etdirib.
Oxşar xəbərlər
Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir
Gürcü spiker Baltikyanı ölkələrin XİN başçılarının bəyanatına cavab verib
Şalva Papuaşvili: Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir
Gürcüstanın parlament sədri Aİ ölkələrinin səfirliklərini zorakılığı təşviq etməməyə çağırıb
Şalva Papuaşvili: Gürcüstanı münaqişəyə cəlb etmək müxalifətin seçki vədidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













