Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər
sizinxeber.az xəbər saytı

Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər


Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər.

"Sizinxeber.az"un Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O qeyd edib ki, Avropa İttifaqına inteqrasiya prosesində ölkə iki fərqli yanaşma ilə üzləşir – biri faktiki və obyektiv qiymətləndirməyə əsaslanan texniki tərəf, digəri isə siyasi maraqların diktə etdiyi təzyiqlərdir.

"Avropa Komissiyasının və digər beynəlxalq təşkilatların rəsmi sənədlərinə əsasən, Gürcüstan bir çox digər namizəd ölkələr – o cümlədən Ukrayna, Moldova və Bosniya-Herseqovinadan daha irəlidədir. Buna baxmayaraq, bəzi Avropa siyasi dairələrinin ölkəyə qarşı qərəzli münasibəti davam edir. Gürcüstanın Avropa inteqrasiyası iki ölçüdə baş verir – texniki səviyyədə biz irəlidəyik, bu, sənədlərlə sübut olunur", - deyə Papuaşvili qeyd edib.

Ş.Papuaşvili əlavə edib ki, bu xarici qüvvələrin Gürcüstandakı əsas müttəfiqləri radikal müxalifət – xüsusilə “Vahid Milli Hərəkat” və ona yaxın qruplardır:

"Avropa İttifaqı ilə inteqrasiya Gürcüstanın strateji məqsədidir, lakin bu proses kənardan siyasi təzyiq və qeyri-obyektiv yanaşmalarla pozulmamalıdır".

Oxşar xəbərlər

Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir
Parlament sədri: AŞPA gürcü xalqına qarşı alətə çevrilib
Şalva Papuaşvili: Avropa İttifaqı Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır
Papuaşvili: Avropada bəziləri Rusiyaya qarşı eskalasiya və sanksiyalardan imtinaya görə Gürcüstandan inciyib
Şalva Papuaşvili: Avropa Gürcüstandan Rusiyaya sanksiyalar tətbiq etməyi tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle